Azərbaycanın aparıcı logistika mərkəzinin xalis mənfəəti 17 % azalıb

"Abşeron Logistika" MMC (Abşeron Logistika Mərkəzinin idarəedicisi) 2021-ci ili 1,661 milyon manat xalis məbfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 16,7% azdır.

Ötən il şirkətin vergiyəqədərki mənfəəti 2,077 milyon manat (əvvəlki ilə nisbətən 16,7 % az), mənfəət vergisi ödəmələri isə 415 min manat (16,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Abşeron Logistika"nın aktivləri 25,158 milyon manat olub ki, bu da illik müqayisədə 2,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6,8 % azalaraq 21,343 milyon manata düşüb, balans kapitalı isə 28% artaraq 3,814 milyon manata çatıb.

Abşeron Logistika Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 66 hektar ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatlarını ərazidə yerləşən gömrük orqanları həyata keçirir.

Digər xəbərlər