Azərbaycanın içki istehsalçısının xalis mənfəəti 12 % azalıb

Azərbaycanda içki istehsalı ilə məşğul olan “A+Co” ASC 2022-ci ili 2,045 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 11,6 % azdır.

Ötən il “A+CO”nun vergiyəqədərki mənfəəti 2,272 milyon manat (11,6 % az), mənfəət vergisi ödəmələri isə 227 min manat (11,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “A+CO”nun aktivləri 79,525 milyon manat olub ki, bu da illik müqayisədə 9,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28,1 % artaraq 27,654 milyon manata, balans kapitalı isə 1,5 % artaraq 51,871 milyon manata çatıb.

Xatırladaq ki, “A+Co” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmləri 100 % Məhayət Nəbiyevə məxsusdur.

Digər xəbərlər