Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 54 milyon 418,24 min ABŞ dolları dəyərində 869 min 677,99 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 13,1 %, həcmi isə 12,4 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,83 % təşkil edir.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.