Ötən il Azərbaycandan xaricə 38,8 milyon ABŞ dolları dəyərində 55 min ton şəkər göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Qazaxıstana 15,32 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 590 dəfə çoxdur) 20 min 485 ton (+732 dəfə), Türkmənistana 13,33 milyon ABŞ dolları dəyərində (-47 %) 20 min ton (-57 %), Gürcüstana 8,7 milyon ABŞ dolları dəyərində (+77 dəfə) 13 min ton (+107 dəfə), Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (+3 %) 921 ton (-16 %), Qırğızıstana 277,8 min ABŞ dolları dəyərində (-92 %) 448 ton (-93,4 %) məhsul satılıb.
Beş il 6 ayın tamamında Qətərə (0,16 min ABŞ dolları dəyərində 0,06 ton) və 1 il 6 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərinə (0,12 min ABŞ dolları dəyərində 0,14 ton) tədarük bərpa edilib.