Azərbaycandan Həştərxana bu il 34 ton pomidor ixrac edilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Həştərxan vilayəti üzrə idarəsi, 1-10 yanvarda bölgəyə idxal olunan 228 tondan çox tənzimlənən məhsula nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, müvəqqəti saxlanc anbarına Azərbaycandan təzə pomidor (34 ton), həmçinin İrandan kivi (84 ton), quru üzüm (66 ton) və təzə kahı (43 ton) daxil olub.

Məhsulların karantin-fitosanitar vəziyyətinin müəyyən edilməsi məqsədilə idarənin məsul şəxsləri nümunələr götürərək tədqiqat üçün “Rosselxoznadzor”un Rostov Referans Mərkəzinin Həştərxan filialının sınaq laboratoriyasına göndərib.

Digər xəbərlər