İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "N.Tusi adına Klinika" MMC-nin tərkibindən ayrılmaq yolu ilə yaradılmış "N.Tusi adına Hospital" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53C, nizamnamə kapitalı 1,705 milyon manat, qanuni təmsilçisi isə Asif Qurban oğlu Qurbanovdur.
O, həm də "N.Tusi adına Klinika"nın direktorudur.