İndiyədək Azərbaycan ərazisində 85 209 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Bu ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.
DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.