Azərbaycanda təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq

“Azərbaycanın orqanik xəritəsi hazırlanacaq”.

"Report"un məlumatına görə, bunu Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçılatı İctimai Birliyinin( AOPE) sədri Emin Əliyev Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda deyib.

“Bununla bağlı təkliflər verilib və layihə hazırlamışıq. Həmin layihənin yaxın günlərdə donor təşkilatlara təqdim edilməsi gözlənilir. Təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq”, - o qeyd edib.

E.Əliyevun sözlərinə görə, digər bir layihə isə orqanik məhsul istehsal edən şirkətlərin məlumat mərkəzinin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, hazırda ölkədə setifikata malik 10 orqanik məhsul istehsalçısı var.

Digər xəbərlər