Bu il oktyabrın 1-nə Azərbaycanda 302 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətindən məlumat verilib.
Xatırladaq ki, iyunun 1-nə ölkədə 285 publik hüquqi şəxs olub. Başqa sözlə, iyun-sentyabr aylarında bu sahədə təxminən 6% artım olub.