Azərbaycanda ölçmə vasitələrini yoxlayan fiziki şəxslər üçün növbəti attestasiya keçiriləcək

İyulun 28-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyasını keçirəcək.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bildirilib ki, attestasiya zamanı iştirakçıların peşə (təhsil və təcrübə) səviyyəsi, nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, eləcə də ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində mövcud qanunvericilik aktları üzrə bilikləri qiymətləndiriləcək.

Attestasiyada iştirak etmək istəyən fiziki şəxslər və bu sahədə akkreditasiya olunmuş qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları iyulun 25-nə qədər “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə üzrə müvafiq ərizə formasını dolduraraq Agentliyə müraciət etməlidirlər.

Müraciətlər birbaşa Agentliyə, qurumun rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt (office@competition.gov.az) vasitəsilə təqdim oluna bilər.

Attestasiyadan uğurla keçən şəxslərə 5 illik attestat veriləcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34