Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 17 min 442 ton kolbasa məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.
Avqustun 1-nə ölkədə 22,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 58,9 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 13,3 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,6 % çoxdur.