Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 min 612,2 ton kolbasa məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
Oktyabrın 1-nə ölkədə 43,7 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 33,6 % çoxdur.