Azərbaycanda istehlak bazarı bir ildə 4 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 48,8 milyard manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2 % çoxdur.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,2 % artaraq 47,1 milyard manata bərabər olub.

Onun 47,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 485,4 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 73,2 manat çox vəsait xərcləyib.

Digər xəbərlər