İndiyə qədər Azərbaycanda 53 min dövlət müəssisəsi və obyekti özəlləşdirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirib.
Məlumata görə, özəlləşdirilən müəssisələrdən 1 565-i orta və iri müəssisələr kateqoriyasına aiddir. Həmin müəssisələrin bazasında ASC-lər yaradılıb.
Özəlləşdirmə prosesi dövlət sektorunun strukturlaşdırılması və iqtisadi fəaliyyətin daha səmərəli modellərə keçirilməsi məqsədlərinə xidmət edir.