Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22 % artaraq 255,5 milyon manat olub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 %-i hüquqi şəxslərin, 49,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Son 1 ildə hüquqi şəxslər üzrə dövriyyənin dəyəri 24,2 % artaraq 127 milyon manat təşkil edib.