Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22,4 % artaraq 1 128,6 milyon manat olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ictimai iaşə dövriyyəsinin 10,2 milyon manatı dövlət, 1 118,4 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Hesabat dövrünə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 23,8 % artaraq 564,4 milyon manat olub.