Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 495,9 milyon manat olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur.
7 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 757,7 milyon manat olub.