Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,3 % artaraq 2 milyard 093,7 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Son 1 ildə hüquqi şəxslər üzrə dövriyyə 13,8 % artaraq 1 061,4 milyon manat olub.