Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % artaraq 146,9 milyon manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, aylıq dövriyyənin 1,433 milyon manatı dövlət, 145,421 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Özəl sektorda isə dövriyyənin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 10 % artaraq 73,4 milyon manat olub.