Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 784,3 min sərnişin, 197,5 min ton yük daşınıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 44,7 % və 16,6 % çoxdur.
Daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus hava nəqliyyatı vasitələri ilə həyata keçirilib.