Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 295 milyon 436 min ABŞ dolları dəyərində 2169 ton idxal-ixrac yükləri daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3 % və 5,4 dəfə azdır.
Ötən ay hava nəqliyyatı ilə 277 milyon 909 min ABŞ dolları (2,4 % çox) dəyərində 1926 ton (20,5 % çox) idxal və 17 milyon 527 min ABŞ dolları (2,7 dəfə az) dəyərində 243 ton (42,2 dəfə az) ixrac əməliyyatları həyata keçirilib..