Bu ilin I rübündə Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 % artıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 22,4 %, xarici investisiyalı kommersiya qurumlarının sayı isə 26,6 % artıb.
Hesabat dövründə 399 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.