Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış "Manny Man", "Menaf Group", "Pavlo Pal", "Feras Comp" və "Sabas Tom" MMC-lər ləğv olunduqlarını elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 10, mənzil 10 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, həmin şirkətlər 2021-ci ildə yaradılıb. Onların hamısının nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Aslan Mahir oğlu Aslanovdur.