Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış "Quapore", "Kolima", "Aydost", "Tunqus" və "Daloda" MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Suraxanı rayon, Hövsan ŞTQ, Şakir Ziyadov (Hövsan qəsəbəsi), ev 9 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkətlər 2019-cu ildə yaradılıb. Onların nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cavid oğlu Rzayevdir.