Azərbaycanda elektronika məhsulları satan “Baku Electronics” MMC “Smartlınk” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, son nəticədə “Baku Electronics” “Smartlink”in hüquqi varisidir.
Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 14,896 milyon manatdır.
"Smartlink" isə 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 min manatdır.