Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 % artaraq 6 milyard 242,6 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 4 milyard 682,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 315,9 milyon manatı dövlət, 4 milyard 926,7 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 615,5 manatlıq və yaxud 1 il əvvələ nisbətən 127 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.