2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 252 milyon 936 min ABŞ dolları dəyərində 286 min 467 ton yük daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 3,1 % çox və 30 % azdır.
Ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 9 120 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 4,8 % çox), dəyəri 27 milyon 135 min ABŞ dolları (43,5 % çox) olub. İdxal olunan yüklərin həcmi isə 277 min 346 ton (31,6 % az), dəyəri 225 milyon 800 min ABŞ dolları (0,2 % az) təşkil edib.