Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 82 milyon 43 min ABŞ dolları dəyərində 1 milyon 597 min 182 ton yük daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 99,8 % və 3,8 dəfə çoxdur.
O cümlədən, 7 ay ərzində dəniz nəqliyyatı ilə 98 milyon 686 min ABŞ dolları dəyərində 46 min 254 ton yük ixrac olunub, 983 milyon 356 min ABŞ dolları dəyərində 1 milyon 550 min 928 ton yük idxal olunub.
Son 1 ildə ixrac olunan yüklərin dəyəri 3,2 dəfə, həcmi 46,6 %, idxal olunan yüklərin isə dəyəri 92,2 %, həcmi 4 dəfə artıb.