Azərbaycanda daha bir audit şirkətinə yeni, müddətli lisenziya verilib

Auditorlar Palatası daha bir audit şirkətinə müvafiq sahə üçün yeni, müddətli lisenziya verib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, “SET FİNANCE” MMC-yə bu ilin mayın 29-dan 2030-cu ilin mayın 29-na kimi qüvvədə olmaqla AT/344 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru Allahverdiyev Asif Azad oğludur.

Digər xəbərlər