Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 % artaraq 683 231 təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,2 % artıb və 35 807 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0,7 % artaraq 184 610 təşkil edib.