Azərbaycanda 2 ayda 97 min "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 59 341 müraciət üzrə 96 892 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2 ayda 4,5 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "ASAN İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51