2024-cü ilin yanvar-fevral ayında Türkiyədən Azərbaycana 1 milyon 864 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixracı olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 76,8 % artıb.
Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 1 milyon 165 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 93,3 % artım deməkdir.