Azərbaycana daha bir ölkə suxarı ixrac etməyə başlayıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 363 min ABŞ dolları dəyərində 214 ton suxarı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Hesabat dövründə Rusiyadan 182 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 38 % artıb) 117 ton (+34,5 %), Türkiyədən 99 min ABŞ dolları dəyərində (+6 %) 35,65 ton (+11,2 %), Ukraynadan 34 min ABŞ dolları dəyərində (+12,7 %) 17,6 ton (-4,7 %), İrandan 32 min ABŞ dolları dəyərində 39,7 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 10 min ABŞ dolları dəyərində 2,5 ton məhsul alınıb.

Bir il əvvəl İrandan suxarı idxal edilməyib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.

Digər xəbərlər