Ötən il Azərbaycana 65,1 milyon ABŞ dolları dəyərində 202 min 864 ədəd kondisioner gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Hesabat dövründə Çindən 50,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66,7 % çoxdur) 156 min 700 ədəd (+41,2 %), Tailanddan 8,41 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 23 min 742 ədəd (+87 %), Özbəkistandan 5 milyon ABŞ dolları dəyərində (+9 %) 19 min 116 ədəd (-5 %), Türkiyədən 371 min ABŞ dolları dəyərində (-8 %) 803 ədəd (+27 %), Böyük Britaniyadan 267,5 min ABŞ dolları dəyərində (-67 %) 449 ədəd (-32 %) məhsul alınıb.
Azərbaycana Almaniyadan (13,6 min ABŞ dolları dəyərində 19 ədəd), Finlandiyadan (15,2 min ABŞ dolları dəyərində 15 ədəd), Niderlanddan (13,5 min ABŞ dolları dəyərində 2 ədəd) və Tayvandan (12,1 min ABŞ dolları dəyərində 4 ədəd) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan (1 min ABŞ dolları dəyərində 1 ədəd) və Hindistandan (231 min ABŞ dolları dəyərində 857 ədəd) tədarük həyata keçirilib.