Azərbaycan Yunanıstandan alüminium idxalını 2,6 dəfə azaldıb

2023-cü ildə Yunanıstandan Azərbaycana 289 min 810 ABŞ dolları dəyərində alüminium ixrac olunub.

“Report” Birləşmiş Millətlər Təşkilatının “COMTRADE” beynəlxalq ticarət məlumat bazasına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,6 dəfə azdır.

Qeyd olunub ki, Yunanıstandan Azərbaycana alüminium ixracı son 10 il ərzində ən çox 2014-cü ildə (1,38 milyon ABŞ dolları), ən azı isə 2016-cı ildə (83,9 min ABŞ dolları) qeydə alınıb.

Digər xəbərlər