Azərbaycan Yaponiyadan peçenye tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 4,36 milyon ABŞ dolları dəyərində 1 min 974 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 682 ton (+89 %), İrandan 631 min ABŞ dolları dəyərində (+44 %) 777 ton (+44 %), Rusiyadan 559 min ABŞ dolları dəyərində (+16 %) 276 ton (+34 %), Ukraynadan 285 min ABŞ dolları dəyərində (+42 %) 99 ton (+24 %), Qazaxıstandan 230 min ABŞ dolları dəyərində (+0,4 %) 67 ton (+12 %) məhsul alıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Yaponiyadan (8 min ABŞ dolları dəyərində 3,85 ton) tədarükü bərpa edib.

Digər xəbərlər