2023-cü ildə Azərbaycan 10,5 milyon ABŞ dolları dəyərində 996 ton papiros kağızı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Avstriyadan 5,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 471,3 ton (-11 %), Fransadan 1,1 milyon ABŞ dolları dəyərində (+21 %) 94,4 ton (+12 %), Bolqarıstandan 1,1 milyon ABŞ dolları dəyərində (-10 %) 119 ton (-20 %), Almaniyadan 1 milyon ABŞ dolları dəyərində (+4,7 %) 133 ton (+62 %), İspaniyadan 509 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 47 ton (+2,2 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Xorvatiyadan (7,7 min ABŞ dolları dəyərində 1,9 ton) tədarük həyata keçirilib.