Azərbaycan Rusiyanın Xantı-Mansi Muxtar Dairəsindən (Yuqra) maral əti idxal edə bilər.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bölgədən Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Monqolustan, Çin, Ermənistan, Türkiyə və Serbiyaya, həmçinin Rusiyanın 20 regionuna maral əti ixrac edilməsi planlaşdırılır.
Ötən il Yuqrada 169 ton maral əti istehsal olunub. Bölgədə bu fəaliyyət növü ilə məşğul olan 171 təsərrüfat var.