Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 453 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71 mənzil və ya 18,6 % çoxdur.
Təkcə aprel ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 156 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 25 mənzil və ya 19,1 % çoxdur.
Bu ilin 4 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 21 015, ötən ay isə 6 524 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,8 % və 57,9 % çoxdur.
Apreldə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 152, yanvar-aprel aylarında isə 2 687 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay bu türkiyədə 905, yanvar-aprel aylarında isə 3 161 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə apreldə 714, yanvar-noyabr aylarında isə 2 601 mənzilə sahib olub.