Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 8%-ə qədər artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 606 996,85 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302 919,97 min dollar və ya 23,23% çoxdur. Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 7,76% təşkil edir.

Bu məbləğin 423 234,91 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 36 303,69 min dollar və ya 9,38% azdır. Rusiyanın idxalının Azərbaycanın ümumi ixracdakı payı 3,45% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Rusiyadan 1 183 761,94 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 266 616,28 min dollar və ya 29,07% çoxdur. Rusiyanın ixracının Azərbaycanın ümumi idxaldakı payı 14,04% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 304 076,88 min dollar təşkil edib. Bu həcmin 386 931,22 min dolları Azərbaycanın ixracının, 917 145,66 min dolları isə Azərbaycanın idxalının payına düşüb. 

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51