Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 724,023 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,8 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 17,5 % azalaraq 400,556 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 323,466 milyon ABŞ dolları (ümumi idxalın 3,6 %-i) olub.
Yanvar-iyul aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 1,6 % artaraq 12 milyard 566,782 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 1,3 % azalaraq 3 milyard 532,183 milyon ABŞ dolları, idxalın dəyəri isə 2,9 % artaraq 9 milyard 034,599 milyon ABŞ dolları olub.