Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb

Azərbaycan və Çin arasında müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb.

"Report" xəbər verir ki, bu barədə qərar Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında qəbul edilib.

Bildirilib ki, bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.

Xəbər lenti