Bu ilin I rübündə Azərbaycan və Rusiyanın Başqırdıstan bölgəsi arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% artıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hazırda Azərbaycan bölgənin əsas ticarət tərəfdaşlarından biridir.
Qarşılıqlı ticarət mineral məmulatların, ağac və sellüloz-kağız məmulatlarının, kimya sənayesi məhsulları, qida və xammal, metal və metal məmulatlarının, maşınqayırma məhsullarının ixracından ibarət olub.