Bu ilin yanvar ayında Azərbaycan Ukraynaya 14,5 min ton gübrə ixrac edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu, ötən at Ukraynanın idxal etdiyi ümumi gübrənin 16,3 %-ni təşkil edib.
Yanvarda Ukrayna ümumilikdə 89 min ton gübrə idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 % azdır. Azalma əsasən gömrük nəzarətindəki gecikmələrlə bağlı olub.
Hesabat dövründə Ukraynanın əsas gübrə tədarükçüsü Bolqarıstan (30,7 min ton) və Polşa (22,9 min ton) olub.