Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 6 milyon 575 min ABŞ dolları dəyərində zərgərlik məhsulları idxal edib.
“Report” Türkiyənin İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 46,3 % çoxdur.
Həmçinin bu ilin iyul ayında Türkiyədən Azərbaycana 2 milyon 305 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə artım deməkdir.