Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 8,182 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,9 % çoxdur.
Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 1,235 milyon ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 2,8 % azdır.
10 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 0,3 % azalaraq 2,231 milyard ABŞ dollarına, oktyabr ayında isə 7,1 % artaraq 0,275 milyard ABŞ dollarına çatıb.