Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyul aylarını Azərbaycan Türkiyədən 3,767 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % azdır.

Təkcə iyulda Türkiyə Azərbaycana 707 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,6 % azdır.

7 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 5,2 % azalaraq 1,521 milyard ABŞ dolları, iyulda isə 0,5 % artaraq 231 milyon ABŞ dolları olub.

Digər xəbərlər