Azərbaycan Türkiyədən xalça alışını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 576 min ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 36,6 % azdır. Türkiyənin Azərbaycana xalça ixracı ümumi ixracının 0,4 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 14,6 % artaraq 0,239 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox xalça idxalını ABŞ (68 milyon ABŞ dolları; illik müqayisədə 20,7 % çox), Səudiyyə Ərəbistanı (30,8 milyon ABŞ dolları; illik müqayisədə 6,7 % çox) və Böyük Britaniya (14 milyon ABŞ dolları; illik müqayisədə 22,4 % çox) həyata keçirib.

Digər xəbərlər