Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 17,678 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32,7 % azdır.
Təkcə iyunda Türkiyə Azərbaycana 5,293 milyon ABŞ dollarlıq tütün məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,4 % azdır.
Hesabat dövründə Türkiyənin tütün məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,9 % azalaraq 452 milyon ABŞ dollarına, iyunda isə 2,3 % artaraq 83 milyon ABŞ dollarına çatıb.