Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 12,385 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 0,799 milyon ABŞ dollarlıq tütün məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 81 % azdır.
Hesabat dövründə Türkiyənin tütün məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % azalaraq 369 milyon ABŞ dollarına, mayda isə 18,3 % azalaraq 78 milyon ABŞ dollarına enib.